İsrailin Həmas və Fələstin qrupları ilə qarşıdurması davam edər.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Livan sərhədinə yaxın bölgələrdə də qarşıdurmaların baş verdiyi görünür.
İsrail ordusunun Qəzza zolağı və İordan çayının qərb sahilinə hücumları zamanı həyatını itirən fələstinlilərin sayının 143-ü uşaq, 105-i qadın olmaqla 704-ə yüksəldiyi bildirilib.
Qeyd edək ki, Fələstinin HƏMAS silahlı qruplaşması oktyabrın 7-də İsrailə qarşı hücuma başlayıb. Qəzza zolağı yaxınlığında müxtəlif nöqtələrdən İsrailə daxil olan Fələstinin müqavimət təşkilatı Həmas yüzlərlə insanı qətlə yetirib, onlarla insanı girov götürüb.
Xəyalə Xəlilova