HƏMAS və İsrail arasında qarşıdurmalar getdikcə artır. HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının başlatdığı hücumlardan sonra İsrailin əks-hücumları davam edir.
Çoxlu sayda İsrail əsgəri və mülki vətəndaş əsir alınsa da, hər iki tərəfdən çoxlu itki və yaralananlar olub. 3-cü gündə baş verənlər:
İsrail tərəfində ən azı 700 nəfər ölüb, İsrailin Qəzzaya endirdiyi hava hücumlarında isə 493 fələstinli həyatını itirib.
İsrailin dünəndən bəri blokadada olan Qəzza zolağına həyata keçirdiyi hücumlarda 159 ev tamamilə dağılıb, 1210 ev isə qismən zərər görüb.
Xəyalə Xəlilova