İsrail qüvvələri Nablusun şərqindəki Balata Qaçqınlar Düşərgəsinə basqın təşkil edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 fələstinli həyatını itirib, 1-i ağır olmaqla 3 nəfər isə yaralanıb.
İsrail əsgərlərinin Fələstin Qızıl Aypara Cəmiyyətinə aid təcili yardım maşınlarının düşərgəyə daxil olmasına mane olduğu bildirilib.
Qeyd edək ki, İsrail qüvvələri axşam saatlarında buldozerlər və hərbi maşınların müşayiəti ilə düşərgəyə basqın edib.
Xəyalə Xəlilova