ABŞ-ın Nyu-York şəhərində “Ənənəvi Türk Günü Paradı” keçirilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yağışlı havaya baxmayaraq, bu il 40-cı paradda iştirak yüksək olub.
Yürüşə çoxlu sayda insan Türkiyə bayraqları və Atatürk afişaları ilə qatılıb.
Madison küçəsində başlayan yürüş Türkevi yaxınlığındakı parkda yekunlaşıb.
Qeyd edək ki, yürüş zamanı fevralın 6-da baş verən zəlzələlərdə həyatını itirən vətəndaşlar da anılıb.
Xəyalə Xəlilova