Türkiyədə baş verən zəlzələlərdə əksəriyyəti suriyalı olan 6600-ə yaxın xarici ölkə vətəndaşı həlak olub.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
O bildirib ki, hazırda ölənlərin sayı 48 448 nəfərdir:
“Zəlzələlərdə ölənlər arasında 6 600 əcnəbi vətəndaş var. Onların əksəriyyəti suriyalı qardaş və bacılarımızdır”.
Soylunun sözlərinə görə, Türkiyə hakimiyyəti zəlzələdən zərər çəkmiş ərazilərdə 115 500-dən çox ailəni qəbul edə biləcək konteyner düşərgələri qurmağı planlaşdırır.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Zəlzələ Türkiyənin 11 vilayətində, eləcə də qonşu ölkələrdə, o cümlədən Suriyada hiss olunub.
Bəsti Məmməd