İstanbulun “Qalatasaray” futbol klubu Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün vəsait toplamaq üçün İtaliyanın “Roma” klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan əldə edilən bütün gəlir zəlzələdən zərərçəkənlərə bağışlanacaq.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələdə həlak olanların sayı 12 391 nəfərə çatıb. Yaralıların sayı isə 62 914 nəfərə yüksəlib.
Havar Şəfiyeva