“Navalnı" sənədli filmə Oskar verilməsi "siyasiləşmə elementi" ola bilər”.
Faktmedia.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Sənədli filmin keyfiyyətini mühakimə edə bilmərəm, çünki onu görməmişəm. Lakin mən görməsəm də, məsələnin siyasiləşdirilməsi elementinin olduğunu deməyə cəsarət edirəm. Hollivud bəzən öz işini siyasiləşdirməkdən çəkinmir, ona görə də belə şeylər olur”.
Qeyd edək ki, martın 12-də Los-Ancelesdə 95-ci Akademiya Mükafatlarının təqdimetmə mərasimi keçirilib. “Hər şey Hər Yerdə Hamısı Bir Arada” ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarında Oskar mükafatı alıb.
Bəsti Məmməd