“Kreml Suriya lideri Bəşər Əsədin Rusiyaya mümkün səfərinin təfərrüatlarını mümkün olan kimi açıqlayacaq”.
Faktmedia.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, səfərin müddəti ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu barədə vaxtı çatanda məlumat veriləcək.
Qeyd edək ki, bundan əvvəl Əsədin martın ortalarında Rusiyaya rəsmi səfər edəcəyi bildirilirdi.
Bəsti Məmməd