Rusiya prezidenti Vladimir Putin Hindistanda keçiriləcək G20 sammitinə gedə bilər, lakin hələlik heç bir qərar verilməyib.
Faktmedia.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya G20 formatında tam iştirakını davam etdirir və bunu davam etdirmək niyyətindədir:
“Bunu istisna etmək olmaz. Ancaq hələlik heç bir qərar verilməyib”.
Qeyd edək ki, bu il G20 sammitinin sentyabr ayında Hindistanda keçirilməsi planlaşdırılır.
Bəsti Məmməd