"Rusiya hakimiyyəti yeni regionlar üçün ayrıca federal dairənin yaradılmasına ehtiyac olub-olmaması ilə bağlı hələ heç bir qərar qəbul etməyib və müxtəlif variantlar araşdırılır”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, lazım gələrsə, qərarlar vaxtında veriləcək:
"Hələlik bununla bağlı heç bir qərar verilməyib, müxtəlif variantlar araşdırılır. Lazım gələrsə, qərarlar vaxtında veriləcək bildirib”.
Qeyd edək ki, Krımın Dövlət Şurasının sədri Vladimir Konstantinov bir müddət əvvəl bildirib ki, yeni ərazilər üçün federal dairənin yaradılması məsələsi çoxdan gecikib.
Bəsti Məmməd