Kremlin rəsmi sözçüsü Dmitri Peskov Putinin Consonu raketlə hədələdiyi məsələsinə münasibət bildirib.
Faktmedia.az xəbər verir ki, Peskov bu sözləri Böyük Britaniyanın keçmiş baş nazirinin "şüurlu yalanı" adlandırıb:
"Cənab Consonun dedikləri doğru deyil. Daha doğrusu, yalandır. Bir daha rəsmi şəkildə təkrar edirəm: bu yalandır, raketlərlə bağlı heç bir təhdid olmayıb. Rusiya Federasiyasının təhlükəsizliyi üçün çağırışlardan danışan prezident Putin qeyd edib ki, Ukrayna NATO-ya daxil olarsa, NATO və ya Amerika raketlərinin bizim ərazimizə potensial yerləşdirilməsi mümkündür. Sərhədlər istənilən raketin bir neçə dəqiqə ərzində Moskvaya çatacağı anlamına gələcək.”
Qeyd edək ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müdaxilədən əvvəl təcili telefon danışığı zamanı raket hücumu ilə hədələdiyini deyib.
Bəsti Məmməd