Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Faktmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat verib.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.