Rəcəb Tayyib Ərdoğan fevralın 7-də ölkənin zəlzələdən zərər çəkmiş on vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib.
Faktmedia.az xəbər verir ki, Prezidentin bu fərmanı parlamentdə təsdiqləmə prosedurundan keçib.
Fövqəladə vəziyyət ölkənin zəlzələdən zərər çəkmiş 10 vilayətində üç ay davam edəcək.
Qeyd edək ki, Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 16 170 nəfər olub, 64 194 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.
Bəsti MƏMMƏD