Türkiyə Daxili işlər naziri Süleyman Soylu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, mədəniyyət və turizm naziri Nehmet Nuri Ersoy və ədliyyə naziri Bəkir Bozdağ Malatyada araşdırma aparıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 4 nazir mətbuata açıqlama verib.
Murat Kurum bildirib ki, zəlzələ bölgəsindəki 4 milyon 658 min müstəqil bölmənin daxil olduğu 1 milyon 316 min binanın araşdırılması sona çatıb:
“Binalardan 173 mini ağır zədələnib, sökülüb və ya dərhal söküləcək”- deyə o vurğulayıb.
Qeyd edək ki, mərkəzi Kahramanmaraş olan zəlzələ fəlakətindən 18 gün keçir və zəlzələdən zərər çəkmiş əyalətlərdə işlər davam etdirilir.
Bəsti Məmməd