NATO Ukraynaya dəstəyini lazım olduğu qədər davam etdirəcək.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri NATO Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın bir ili münasibətilə yaydığı bəyanatda deyib.
Bildirilib ki, NATO Rusiyanın işğalına qarşı özünü müdafiə edən Ukraynaya siyasi və praktiki dəstəyi daha da gücləndirir:
“Ukraynanın qalib gəlməsinə kömək etmək üçün lazım olan müddət ərzində dəstəyimizi davam etdirəcəyik. Bu kontekstdə NATO müvafiq maraqlı tərəflərlə, beynəlxalq təşkilatlar, xüsusilə Aİ, eləcə də həmfikir ölkələrlə yaxından əlaqələndirməyə davam edəcək. NATO ölkələri Rusiyaya koordinasiya edilmiş beynəlxalq təzyiqi davam etdirmək əzmindədir.
Həmçinin qeyd edilib ki, Ukrayna Avro-Atlantik istəklərini irəli sürdükcə biz onunla tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik:
“Biz həmçinin Rusiyanın bədxah təsirinə daha çox məruz qalan ölkələrə kömək etməklə digər tərəfdaşlığımızı daha da gücləndiririk" - deyə əlavə edib.
Bəsti Məmməd