25 yaşlı gənc parkda uşaqlara hücum edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Braziliyanın cənubundakı Blumenau şəhərində qeydə alınıb.
Hadisə nəticəsində uşaqlardan 4-ü yaralanıb, digər 4 nəfər isə həyatını itirib .
Şəhər qubernatoru Jorginho Mello həyatını itirən uşaqların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, qatil artıq həbs olunub.
BƏSTİ