Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Rəsmilər azı 61 nəfərin öldüyünü, 157 nəfərin yaralandığını bildirib.
Məlumata görə, partlayış zamanı məscidin daxilində 120-yə yaxın adam olub. Orada olanların əksəriyyəti polis, ordu və istehkamçılar olub.
Hadisə nəticəsində məscidin bir hissəsi və damı uçub.
17-05
Pakistanın Hayber Paxtunxva əyalətində günorta namazı vaxtı məscidə hücum həyata keçirilib. İlkin məlumata görə, polis də daxil olmaqla 32 nəfər həyatını itirib, 150-yə yaxın adam yaralanıb.
Faktmedia.az xəbər verir ki, rəsmilər yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu bildirib.
Hücum zamanı məsciddə təxminən 150 nəfərin olduğunu bildirən rəsmilər ölənlərin sayının artacağından narahatdırlar.
Partlayış nəticəsində ətrafdakı tikililərə və maşınlara, eləcə də məscidə ziyan dəyib.
Sosial mediada əks olunan görüntülərdə partlayış nəticəsində məscidin böyük hissəsinin dağıldığı görülüb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Sevinc Hüseynova