ABŞ-da silahlı şəxs ibtidai məktəbə hücum edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Tennessi ştatında baş verib.
Hadisə nəticəsində təxminən 200 şagirdin olduğu məktəbə səhər saatlarında daxil olan hücumçu 3-ü uşaq, 3-ü məktəb işçisi olmaqla 6 nəfəri qətlə yetirib.
Qeyd edək ki əlində2 uzun lüləli silah və bir tapança olan təcavüzkar hadisə yerindəcə öldürülüb.
Rəna Həsənova