Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) qəbulu ilə bağlı danışıqlara başlamaq məsələsinə dekabrda baxılacaq.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.
“Avropa Komissiyası yaxın vaxtlarda Moldova, Ukrayna və Gürcüstanın Avropa yolunda irəliləyişinə dair hesabat dərc edəcək. Bu hesabata əsasən, mən hər üç ölkənin Aİ-yə qəbulu üçün danışıqlara başlamaq məsələsini gündəmə gətirmək niyyətindəyəm”, - deyə avropalı rəsmi bildirib.
Serbiya prezidenti Aleksander Vuçiç daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Kiyevin döyüş meydanındakı uğursuzluqlarına görə, tezliklə Ukraynanın birliyə sürətlə daxil edilməsi ilə bağlı danışıqlara başlayacaq. böyük dəyişikliklər gözlədiyini bildirən siyasətçi bir çox məsələlərlə bağlı əsas qərarların artıq qəbul olunduğunu vurğulayıb. Vuçiç qeyd edib ki, Aİ Kiyevin assosiasiyaya fövqəladə daxil olması ehtimalı ilə danışıqlara təcili başlamaq barədə qərar qəbul edəcək.
Havar Şəfiyeva