Rusiyalı iş adamı, Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu Artem Uss şəriklərinin köməyi ilə İtaliyada ev dustaqlığından qaçıb.
Faktmedia.az bu barədə “Korriere della Sera” qəzetinə istinadən xəbər verir.
Ussun qaçdığı gün evin yaxınlığında bir sürücünün gözlədiyi qeyd edilir. Bundan başqa, rus qubernatorunun oğlunun taxdığı elektron qolbaq bir neçə dəqiqə gec sönüb. Həbs edilən şəxslər qadağaya baxmayaraq mobil telefondan da istifadə ediblər.
Müstəntiqlər indi mobil telefon qeydlərini araşdırır, hesab edirlər ki, Ussun şəriklər şəbəkəsi ilə əlaqəsi olub. Ehtimal olunur ki, həbs olunan şəxs qaçdıqdan bir müddət sonra İsveçrə və ya Sloveniya ilə sərhədə çatmaq üçün avtomobilini dəyişib.
Bundan əvvəl, martın 21-də Milan sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunan Ussu ABŞ-a təhvil vermək qərarına gəlib. Lakin yanvar ayında sahibkar Rusiyaya ekstradisiya olunmaq istəyib və orada ona qarşı dələduzluq ittihamı ilə iş açılıb.
Qeyd edək ki, Alexander Uss oğlunun harada olduğu ilə bağlı sualı cavablandırarkən bu məlumatın ona məlum olmadığını bildirib.
Havar Şəfiyeva