"Mobil telefonların yaxın zamanlarda qiymətlərində düşmə ehtimal yoxdur".
Bunu Faktmedia.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Ekspert bildirib ki, mobil cihazların qeydiyatı məsələsi ilə əlaqədar belə məqam gözlənilmir:
"Çünki mobil telefon aparatlarının alınmasını bizim banklar stimullaşdırır və odur ki, belə bir bahalaşma ola bilməz.
Bizdə kommersiya bankları, əsasən öz gəlirlərinin böyük hissəsini əldə edirlər. Biz bu gün ölkədə təklif olunan, satışa çıxarılan məhsullara diqqət yetirsək, bunların içərisində ən çox satışı stimullaşdıran gəlirlərin böyük hissəsini həyata keçirən həm mağazalar, həm də kommersiya banklarıdır. Ona görə də bu bazarda hər hansı bir ciddi qiymət artımı gözlənilən deyil".
Havar Şəfiyeva