Azərbaycanda mobil telefonların qiyməti kəskin enəcək.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə ölkədə satışa çıxarılan bütün markalarda ucuzlaşma qeydə alınacaq.
Mənbə bildirib ki, bu həm də Gömrük Komitəsi ilə bağlı olan məsələdir.
Xatırlatmaq üçün qeyd edək ki, Azərbaycana gətirilən mobil əşyaların stok qiyməti tutulan vergi və gömrük haqqı ilə müəyyən olunur.
Telefonların ucuzlaşması ilə bağlı şəhərin müxtəlif telefon satılan mərkəzlərində olduq. Satıcılar bildirir ki, son bir-iki ay üçün ucuzlaşma gözləniləndir:
"Həmişə belə olub. Yanvar, fevral, mart aylarında ucuzlaşma olur. Bayram və qışla bağlı ola bilər. Amma başqa dövlət səviyyəsində ucuzlaşması ilə bağlı bilmirik".
Rəna Həsənova