Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova bildirdi ki, Elviz Qasımov işinin başındadır.
12-25
Yaxın günlərdə Respublika Klinik Xəstəxanasına direktor təyin edilmiş Elviz Qasımov tutduğu vəzivəsindən azad olunacaq.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, onun başqa bir xəstəxanaya direktor təyin olacağı bildirilir.
Saytımıza bildirilən məlumata görə, onun sözügedən klinikada işini davam etdirməməsinə səbəb xəstəxanada yaradımış iş şəraitinin bərbad olmasıdır.
Qeyd edək ki, E.Qasımov “Respublikanski”yə təyinatından əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
Rəna Həsənova