"Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı iddialar bir araya gətirilməlidir".
Faktmedia.az xəbər verir ki, belə bir təkliflə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç çıxış edib.
Qeyd olunur ki, bu həftə baş katib rəsmi səviyyədə müvafiq məsələni baxılmaq üçün təqdim edəcək. Onun proqnozlarına görə, Avropa Şurasının may ayında Reykyavikdə keçiriləcək növbəti sammitində vahid reyestrlə bağlı qərar veriləcək.
Bundan əlavə, onun sözlərinə görə, istənilən ölkə, hətta Avropa Şurasının üzvü olmayan ölkələr də bu reyestrə qoşula bilər.
Bundan əvvəl Avropa İttifaqı anti-Rusiya sanksiyalarının onuncu paketini təqdim edib. Xüsusilə, məhdudiyyətlər Rusiyadan olan 1473 fiziki şəxsə və 205 təşkilata şamil edilib.
Havar Şəfiyeva