"Artıq 3 günlük Münhen platforması arxada qaldı. Bu platformanın əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin hansı yönümdə inkişaf etməsinin müzakirəsi idi. Avropa İttifaqı Çinin ən böyük müttəfiqlərindəndir. Çəkisinə görə ABŞ-dan sonra Çinin ən böyük ticarət partnyoru Avropa İttifaqıdır. Münhen sammitində Avropa İttifaqının Təhlükəsizlik və Ali İşlər üzrə nümayəndəsi Jozef Borel Çinin XİN - in ən böyük sözcüsü Van İ ilə görüşüb. Van İ cənab Borelə Çinin Rusiya-Ukrayna müharibəsində hərbi yardım etməməsi haqqında söz verib".
Bunu Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib. Politoloq bildirib ki, Çin lideri bəyanat verdi ki, fevralın 24 - də Çin dövləti Rusiya-Ukrayna konflikti ilə əlaqəli bir sülh paketi, yol xəritəsi təqdim edəcək və prossesin sülhə doğru normallaşması haqqında dünya ictimaiyyəti qarşısında bir sənəd ortaya qoyacaq:
"Dünən Çinin Xarici İşlər Siyasətinin rəhbərinin Rusiyaya səfəri oldu. Həmin səfər ərəfəsində o, Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevlə görüşdü. Bu haqda mediaya çox az sayda informasiya verildi, çünki görüş qapalı keçirildi. Bu görüş Çin liderinin Rusiyaya səfərinin başlanğıcı oldü. ABŞ və Avropa İttifaqından Çinə birbaşa mesaj var ki, bu müharibədə Rusiyaya hərbi yardım etməsin, öz neytrallığını saxlasın. Çin tərəfi öz neytrallığını qoruyacağıni bəyanatında qeyd etmişdi və bronjiletlərin, hərbi geyimlərin hərbi texnika sayılmadığını bildirmişdi. Cənab Zelenski də öz bəyənatında bildirdi ki, Rusiya ilə müharibəni dayandıra biləcək dövlətlərdən biri də Çin dövlətidir. Çin bu müharibənin sülhə doğru irəliləməsində böyük addımlar ata bilər. Konkret olaraq bu görüşlərin sonu 24 fevralda Çin tərəfindən sülh platformasının bəyanatı ilə yekunlaşa biləcəyini düşünürəm. Çünki, mart ayının 6 və 7-də Avropa İttifaqına daxil olan dövlətlərin XİN və hərbi nazirlərin görüşü keçiriləcək. Həmin görüşdə Rusiyaya qarşı yeni addımlar atılacağı gözlənilir.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin yaxın aylarda Rusiyaya səfər edə bilər.
Rəna Həsənova