“ABŞ prezidenti Bayden Rusiya-Ukrayna savaşının tamam olan bir ilində Kiyevə səfər etməklə dünya savaşından geri addım atmayacaqlarının mesajını verdi. Savaş meydanında da hələ ki, uduzan tərəf ABŞ-dır. Bəzi təhlilçilər tərəfindən qlobal savaşda Ukraynanın tərəf kimi göstərilməsi yanlışdır".
Bunu faktmedia.az-a açıqlamasında siyasət yazarı Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, ABŞ hökumətinin sanksiyalarla Rusiyanı çökdürmək planı baş tutmayıb:
"Ukrayna sadəcə bu savaşda element kimi isifadə olunur. Ukrayna savaşının nəticələri yeni dünya düzəninin şəkillənməsində həlledici rol oynayacaq. Petrodollar sistemi çöküş prosesi yaşayır. FED pandemiya ilə dövlətləri yeni sitemə məcbur edə bilmədi. Bu vəziyyətdə petrodollar sistemi tamamilə çökəcəyi halda nəinki illik 1 trilyon dollara yaxın büdcə kəsiri və 30 trilyon dollar xarici borcu olan ABŞ hegemoniyası bitir, ABŞ dövlətinin mövcudluğu belə sual altına düşür. Bu səbəbdən də dünyada müharibələr, xaos, qida, iqlim problemləri və dünənə qədər konspirasiya nəzəriyyəsi kimi təqdim olunan məsələlər gündəmi zəbt edəcək. Əgər Ukraynada Rusiya uduzarsa, o zaman Rusiyada marionet hökumət formaladırılacaq və təkqütblü dünya davam edəcək. Həmçinin Putinin fiziki mövcudluğu mümkün olmayacaq. Ona görə də geniş detallara girmədən deyə bilərəm ki, tərəflər heç bir halda geri çəkilməyəcək”. Ə.Zülfüqaroğlu əlavə edib ki, gözlənildiyi kimi, Ukraynanı Krıma hücuma hazırlamaqla Rusiyanı daha çətin duruma salmaq istəyirlər"
Ə. Zülfüqaroğlu əlavə edib ki, bu isə Rusiyanın ərazisinə hücum deməkdir:
"Putin açıq bəyan edb ki, Rusiyanın suverenliyi təhdid edilərsə nüvə silahından istifadə edəcək. Rusiya Krımı da öz ərazisi hesab etdiyi üçün vəziyyət kritik dönəmə qədəm qoyur. Bayaq qeyd etdiyim kimi, ABŞ bütün dünyanı Rusiyaya qarşı sanksiyalara qoşa bilmədi. Rusiya hazırda Çin, Hindistan, Braziliya, Argentina, Cənubi Afrika Respublikasi, Türkiyə başda olmaqla bir sıra ölkələrlə ticarətini davam etdirir. Dövlətlər burada “mənim iqtisadi maraqlarım var” arqumentindən istifadə edir. ABŞ-ın bu arqumenti Rusiya ilə ticarətini davam etdirən ölkələrdən alması üçün Rusiyanın nüvə silahından istifadə etməsi lazımdır. Türkiyə, Çin və Rusiya ilə münasibətlərini davam etdirən bir çox ölkələr açıq formada bəyan ediblər ki, Rusiyanın nüvə silahından istifadəsini heç bir halda qəbul etməyəcəklər. ABŞ hesab edir ki, Ukrayna Krıma hücum edəcəyi hada Rusiya taktiki nüvə silahından istifadə edə bilər. Bunun üçün hər vəchlə Ukraynanı buna hazırlayır ki, istədiyin əldə edə bilsin. Bu faktı Rusiya ilə ticarəti olan dövlətlərin önünə qoyaraq Rusiyanı tam blokadaya salsın. Bununla da çalışır ki, Rusiyanı, daha sonra isə Türkiyəni çökdürüb, yeni finans sistemi dövlətlərin qurumasını əngəlləsin, ənənəvi xərac sistemini – petrodollar sistemini yeni maliyyə sistemi ilə əvəzləyərək hegemoniyasını qorusun”.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər edib. Amerika lideri Kiyevə səfəri zamanı Ukraynaya əlavə hərbi yardım vəd edib.
Xatırladaq ki, 2021-ci ilin dekabrından NATO ölkələri Ukraynaya 1170 hava hücumundan müdafiə sistemi, 440 tank, 1510 piyada döyüş maşını və 655 artilleriya sistemi təhvil verib.
Rəna Həsənova