Avroparlamentin keçmiş deputatı və Fransanın “Patriotlar” millətçi partiyasının lideri Florian Filippo ABŞ prezidenti Co Baydenin Kiyevə səfərini şərh edib.
Faktmedia.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında danışıb.
Filippo Baydenin Kiyevə səfərinin məqsədini açıqlayıb və bildirib ki, Amerika prezidenti qlobal münaqişəni gücləndirmək üçün Ukrayna paytaxtına gedib.
"Baydenin hazırda Kiyevə gözlənilməz səfəri: onun ətrafındakı çılğın şahinlər həqiqətən üçüncü dünya müharibəsini çox istəyirlər", - deyə Fransa siyasətçisi qeyd edib.
Havar Şəfiyeva