İŞİD yaraqlıları Əfqanıstanın mədən sənayesində Çinin maraqlarına ciddi maneədir.
Faktmedia.az xəbər verir ki, bu barədə Amerikanın “Newsveek” jurnalı yazır.
Nəşr qeyd edir ki, bu gün Pekin və Vaşinqton qlobal mineral ehtiyatlar bazarında əsas rəqiblərdir. .Əfqanıstan Amerika qoşunlarının çıxarılmasından sonra Çinin iqtisadi ekspansiyası üçün arzuolunan obyektə çevrilib və bu, yerli terrorçu qrupların müqaviməti ilə üzləşib.
Yaxın Şərq üzrə ekspert, Mantraya müstəqil tədqiqat mərkəzinin yaradıcısı və prezidenti Şanti Mariet müsahibəsində deyib: “ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Çinə böyük strateji imkanlar və iqtisadi ambisiyalarını həyata keçirmək üçün böyük imkanlar təqdim edib. Əfqanıstanı öz mirası hesab edən və aktiv anti-Çin ajiotajı aparan İŞİD yaraqlılar Pekinin Çinin həmsərhəd Sincan-Uyğur Muxtar Bölgəsində müsəlmanlara qarşı kütləvi vəhşiliyi barədə xəbərlər yayır, həmçinin etnik uyğurları Çin hakimiyyətinə qarşı silahlı müqavimətə çağırırlar.
Havar Şəfiyeva