Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çinin kəşfiyyat balonunu vurmasından narazılığını bildirib.
Faktmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun hərəkətlərinə cavab olaraq israr edirlər ki, şar mülki məqsədlər üçün nəzərdə tutulub və təsadüfən Amerika hava məkanına daxil olub.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri ölkənin cənub-şərq sahillərində Cənubi Karolina üzərində səmada Çinə məxsus casus şarını vurub. Hazırda qalıqların axtarışı və sudan çıxarılması işləri aparılır. Pentaqon şarın kəşfiyyat məlumatlarının toplanmasına xidmət etdiyini vurğulayıb. Nazirlik həmçinin Çinin bunun meteoroloji araşdırma olduğuna dair iddialarını təkzib edib.
Qeyd edək ki, ABŞ-ın şimal hissəsi üzərində Çin kəşfiyyat aparatının görünməsi cümə günü, fevralın 3-də məlum olub. Ehtimallara görə, zond Aleut adalarından Kanada ərazisindən keçib, sonra Montana ştatının Billinqs şəhəri üzərində məskunlaşıb.
Havar Şəfiyeva.