Xəbər verdiyimiz kimi, Azərbaycanda hava şəraiti kəskin dəyişib. Bölgələrdə qar yağıb, Bakı-Abşeron yarımadasında hava yağış və küləklə müşahidə olunur. Ölkənin Şimal bölgəsində də hava qarla müşayiət olunur.
Faktmedia.az-ın Şimal bölgəsi üzrə müxbiri Havar Şəfiyeva bildirib ki, Qusar rayonun Ləzə, Piral, Ləgər, Quba rayonun Xınalıq, Qırız, Xaltan kəndlərinə qar yağıb. Yağan qar ciddi fəsadlara yol açmasa da, yollarda tıxacların yaranmasına səbəb olub.
Həmçinin bildirir ki, hazırda yağmaqda davam edən qar Qubanın mərkəzində 1sm, Xınalıqda 13-19 sm, Qusarda 2 sm, Qusarın Ləzə kəndində isə 19 sm-ə çatıb.
Havar Şəfiyeva
Fotoları təqdim edirik: