Son vaxtlara qədər absurd görünən şeylər reallığa çevrilib.
Faktmedia.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kiyevin 2022-ci ilin iyununda Avropa İttifaqına üzvlüyə namizəd statusu alması barədə danışarkən deyib.
“Bir il əvvəl absurd kimi səslənən, məsələn, Ukraynanın Aİ üzvlüyünə namizəd ola biləcəyi indi reallığa çevrilib. Eyni şey respublikanın NATO-ya üzvlüyünə də aiddir”, - deyə o, Macarıstan Ticarət və Sənaye Palatasının açılışında bildirib.
Martın 4-də Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Aİ-yə üzvlüyünə hazırlığını respublikanın bugünkü əsas vəzifələrindən biri adlandırıb. Onun sözlərinə görə, 2023-cü ildə Kiyevin Avropa institutları ilə əməkdaşlığı daha da mənalı olacaq.
Havar Şəfiyeva