Avropa İttifaqı ölkələri ABŞ olmadan öz müdafiə ittifaqlarını yaratmalıdırlar.
Faktmedia.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Die Veltvoche” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa NATO-su Avropanın təhlükəsizliyini gücləndirəcək və ölkələrə ABŞ-ın köməyinə arxalanmadan özlərini müdafiə etməyə imkan verəcək. Orban bunu hələ 2012-ci ildə təklif etdiyini xatırladıb.
Baş nazirin sözlərinə görə, Qərb ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını Vaşinqton müəyyən edir və Avropa da öz növbəsində öz şəxsiyyətini itirir.
Həmin müsahibədə Orban bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin problemi Amerika silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsidir. O əlavə edib ki, o, Rusiya liderinin motivlərini anlayır, lakin onun hərəkətlərini dəstəkləmir.
Havar Şəfiyeva