"Ermənistanın son bəyanatları, eyni zamanda sülh müqaviləsinin bağlanmaması üçün atdığı addımlar kimi məsələlərdə Qərbin birmənalı şəkildə rolu var. Əsas məqam ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi faktoru mövcuddur".
Bunu Faktmedia.az-a millət vəkili Arzu Nağıyev deyib. Deputat bildirib ki, Ermənistanın Kollektiv təhlükəsizlik təşkilatı üzvülüyündən, Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələlərini Avropa tələb edir:
"Qərbin ora gəlməsində birinci istək məhz Fransanındır. Fransa ciddi cəhdlə bütün danışıqlara iştirak etmək, eyni zamanda Ermənistana müstəmləkəçilik siyasəti yürütmək istəyir. Fransanın məqsədi Ermənistanın Türkiyə ilə yaxınlaşmasının qarşısını almaqdır. Türkiyə ilə Ermənistanın arası açılsa təbii ki, onun iqtisadiyyatına da xeyir gətirə bilər. Ona görə Fransa ciddi cəhdlə çalışır ki, Ermənistan rəhbərliyini inandırsın ki, qərb onun yanındadır. Lakin Fransa da, Avropa da başa düşür ki, nüfuz olaraq Rusiya Ermənistanı öz inhisarında saxlayır. Rusiya heç vaxt imkan verməz ki, Avropa ora silahlı qüvvələr gətirsin və ya 102-ci baza oranı tərk etsin".
Havar Şəfiyeva