Almaniyanın köşə yazarı Florian Neuhann hesab edir ki, Avropa liderləri Ukraynaya Avropa Birliyinə qoşulmaq üçün yalan ümidlər bəsləməməlidir.
Faktmedia.az xəbər verir ki, jurnalist fikirlərini Kiyevdə keçirilən Aİ-Ukrayna sammitini şərh edərkən bildirib.
Neuhann qeyd edib ki, avropalı nümayəndələr Ukrayna bayrağına avtoqraf qoyaraq, Zelenskini “əziz Vladimir” adlandırıblar. Əslində, müşahidəçinin fikrincə, bu sözlər yalnız Ursula fon der Leyen və Şarl Mişel arasında bir-birinə düşmən münasibət bəsləyən rəqabətin məhsuludur. Məqalə müəllifi əmindir ki, siyasətçilərin bu rəqabəti Ukraynaya yalan ümidlər verir, bütün Avropa üçün problem yaradır.
Neuhann hesab edir ki, Ukrayna ədalətli davranmağa layiqdir və siyasətçiləri Zelenskiyə yalan ümidlər bəsləməməyə çağırır.
Sammitdən sonra keçirilən mətbuat konfransında Vladimir Zelenski bildirib ki, Kiyevin məqsədi Aİ-yə daxil olmaq üzrə danışıqlara mümkün qədər tez başlamaqdır. Ekspertlər belə qənaətə gəliblər ki, ölkənin əksər iqtisadi sahələri bloka daxil olmağa hazırlığın ilkin mərhələsindədir.
Havar Şəfiyeva