İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub.
Faktmedia.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Hadisə nəticəsində 8 nəfər ölüb, 5 nəfər yaralanıb.
Polis hadisəni terror hücumu adlandırıb.
Qeyd olunub ki, terrorçu zərərsizləşdirilib.