Pakistanda intiharçı hücumu nəticəsində 9 polis həlak olub.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Kaççi və Sibi bölgələrinin sərhədində olan Bolanda körpüsündə polis maşınına intiharçı hücumu təşkil edilib.
Hadisə nəticəsində 9 polis məmuru həyatını itirib, 11-i yaralanıb.
Qeyd edək ki, heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Havar Şəfiyeva