Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Georgian Airways” aviaşirkətinin direktoru Tamaz Qayaşvili bəyan edib ki, Gürcüstan prezidenti Zurabişvilinin şirkətin təyyarələri ilə səyahətinə qadağa qoyulub.
Faktmedia.az xəbər verir ki, “Gürcüstan Hava Yolları” aviaşirkəti Gürcüstan prezidenti Salome Zurabişvilinin aviaşirkətin Moskva ilə birbaşa uçuşlara başlamaq qərarını boykot etməsinə Gürcüstan prezidentinə “uçuş” qadağası tətbiq etməklə reaksiya verib.
Qayaşvilinin mövzu ilə bağlı açıqlamasında deyilir: “Cənab Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz onu persona non qrata elan edirik və gürcü xalqından üzr istəməyincə təyyarələrə minməsinə icazə verməyəcəyik.
Qayaşvili Gürcüstan prezidentini də tənqid edərək, Zurabişvilinin mövqeyini və hərəkətlərini “xainlik” adlandırıb.
Xəyalə Xəlilova