Lionda tələbələr və həmkarlar ittifaqlarının iştirak etdiyi onuncu etiraz mitinqi başlayıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər ki, burada minlərlə insan Fransanın pensiya sisteminin əsaslı dəyişiminə etiraz olaraq toplaşıb.
Bildirilib ki, etirazçılar universitet şəhərciyindən şəhərin mərkəzi meydanına qədər yürüş edəcəklər.
Qeyd edək ki, martın 23-də keçirilən etiraz aksiyasında müxtəlif hesablamalara görə 22 mindən 55 minə qədər insan iştirak edib.
Bəsti Məmməd