Pakistanda İmran Xanın həbsi ilə başlayan etiraz aksiyaları davam edir.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün etirazlarda həyatını itirən nümayişçilərin sayı 9-a yüksəlib, 290-dan çox insan yaralanıb.
Bildirilir ki, PTI-nin yüksək səviyyəli siyasətçiləri də daxil olmaqla, 1900-dən çox partiya tərəfdarı saxlanılıb.
Eyni zamanda Tarnolda etirazçılar qatar relslərini də zədələyiblər.
Havar Şəfiyeva