Jurnalistləri Müdafiə Komitəsi İsraili 20 mətbuat işçisininin ölümündə ittiham olunur.
Faktmedia.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” nəşri təşkilatın hesabatına istinadən məlumat yayıb.
Hesabatda qeyd olunur ki, İsrail son iyirmi ildə 20 jurnalistin öldürülməsinə görə məsuliyyət daşımayıb.
Bundan əlavə, təşkilat İsrail ordusunun mətbuata hörmət göstərmədiyini və heç bir izahat vermədən jurnalistləri terrorda ittiham etdiyini vurğulayıb. "Nəticə həmişə eynidir - heç kim məsuliyyətə cəlb edilmir" deyə hesabat yekunlaşdırıb.
Qeyd edək ki, Əl-Cəzirə televiziyasının jurnalisti Şirin Əbu Aklanın ölümü 2022-ci il mayın 11-də məlum olub. Müxbir Fələstində İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən güllələnib. İyun ayında BMT müstəntiqləri Şirin Əbu Aklenin ölümündə İsrail polisinin günahını müəyyən ediblər.
Havar Şəfiyeva