Çoxsaylı araşdırmalar sayəsində insan orqanizminin rifahını yaxşılaşdıran və qocalmanı ləngidən qidaların hansılar olduğu bəlli olsa da yenə də öyrənilməkdədir.
Faktmedia.az xəbər verir ki, Terapevt Sergey Alendeyev gənclərə müsbət təsir göstərən maddələrin növləri haqqında məlumat verib.
İlk növbədə həkim, antosiyaninlər və likopeni qeyd edib. Bu komponentlər dərini günəşin ultrabənövşəyi şüalarının mənfi təsirlərindən qoruyur.
Həmçinin, onun sözlərinə görə, orqanizmin A vitamini və biotinə ehtiyacı var. Zədələnmiş hüceyrələri bərpa etməyə kömək edən selenium da lazımdır.
Silikona gəlincə, o, kollagenin istehsalına kömək edir. Həmçinin kifayət qədər vitamin C, E və monodoymuş yağların olması lazımdır.
Terapevtin sözlərinə görə, sitrus meyvələri, çuğundur, avokado və qırmızı üzüm gəncliyi qorumağa kömək edən ən yaxşı qidalardır. Bitki mənşəli, yaşıl çaylar və kələm də gəncliyi qorumaq üçün eyni dərəcədə vacibdir.
Rəna Həsənova