“Tato döydürmə uzun illərdir ki, populyar bir tendensiyadır. Bununla belə, bu prosedur 100% təhlükəsiz hesab edilə bilməz”.
Faktmedia.az xəbər verir ki, bu sözləri infeksionist Svetlana Maşkova bildirib. Mütəxəssis onun həyata keçirilməsi zamanı hansı risklərin olduğunu izah edib.
“Döymə zamanı hepatit B və ya C, HİV infeksiyası ilə yoluxma ehtimalı var. İndi bu xəstəliklərlə yoluxmaların sayı azalır, çünki tato sənətçiləri döymə maşınları üçün birdəfəlik iynələrdən və ya uclardan istifadə edirlər. Əvvəllər vəziyyət fərqli idi, ona görə də tatu salonları vasitəsilə yuxarıda göstərilən xəstəliklərin yayılması daha yüksək idi”,- deyə mütəxəssis qeyd edib.
İnfeksionistin sözlərinə görə, viral hepatitin ilk əlamətlərini tanımaq olduqca çətindir.
“Bəzi hallarda kəskin viral hepatit baş verir, ondan xəstə uğurla müalicə olunur, lakin bəzən xroniki viral hepatit və ya qaraciyər sirrozuna çevrilir”,- deyə Svetlana Maşkova bildirib.
Həkim hepatit B-yə qarşı peyvənd etməyi məsləhət görür, lakin hepatit C, eləcə də HİV infeksiyasına qarşı peyvənd yoxdur.
Xəyalə Xəlilova