“Azərbaycan Respublikasının 2022-ci il 25 aprel yenilənmiş dövlət peyvənd təqviminə əsasən körpələrin vaksinsiyası körpə doğulandan 12 saatdan etibarən başlanılır”.
Bu sözləri Faktmedia.az-a həkim-pediatr Günay Rəsulova deyib.
O bildirib ki, uşağa ilk olaraq Hepatit B peyvəndi, ilk 3 gündə Vərəmilik əleyhinə peyvənd, sonra 2, 3, 4, 6 ay və 1 yaş, 18 ay, 6 yaş olmaqla bütün peyvəndləmələr həyata keçirilir:
“Bu yaşlarda peyvəndlərin olunması körpə üçün çox əhəmiyyətlidir. Bəzən valideynlər əsasız yerə gecikdirirlər, bu qeyri-əsas düşüncədir. Peyvəndləmə uşaqların müdafiəsi, ümum sisteminin qorunması üçün vacibdir. Peyvəndlərin valideynlərin ən qorxduğu tərəfi peyvənddən sonra yaranan qızdırma, iynə yerində olan şişmə və ağırlıq, eyni zamanda uşağın ilk günlərdə yeriməməsidir. Bu da valideynlərdə qorxu yaratsa da, uşaqda bu reaksiyaların olması normal haldır”.
Həkim qeyd edib ki, peyvəndlərin qarşısını aldığı xəstəliklər ölümcül halları yüksək olan infeksion xəstəliklərdir:
“Bunlara göy öskürək, Hipatot B, infeksiyaların törətdiyi miningitlər və.s aiddir. Eyni zamanda bir çox infeksion xəstəliklərdən qoruyur ki, bu infeksion xəstəliklər məsələn qadınların hamiləlik zamanı yoluxması dölün çox ciddi qüsurlarına gətirib çıxara bilər. Bu kimi hallar erkən aborta göstəriş yaradır. Bəzi peyvəndlər də var ki, onlar olunmamsı oğlanlarda sonsuzluq yaradacaq xəstəliklərin yaranmasına gətirib çıxarır".
Havar Şəfiyeva