Yelena Malışeva və oftalmoloq Mixail Konovalov eynək taxarkən başın hərlənməsi və bunun nə dərəcə normal olması barədə danışıb.
Faktmedia.az xəbər verir ki, həkimlərin sözlərinə görə bu hal normal deyil.
Bir qayda olaraq, başgicəllənmə eynəklərin səhv seçilməsi və optika mağazalarında hazır variantların alınması səbəbindən baş verir. Bunlar daha ucuzdur və fərdi parametrlərə uyğun hesablanmır.
Mütəxəssislərin sözlərinə görə, eynək seçimində bir neçə nüanslara diqqət yetirmək lazımdır. Oftalmoloq maksimum görmə itiliyini və taxma rahatlılığının vacib olduğunu diqqətə çatdırıb. Çox vaxt bu olduqca mürəkkəb bir prosesdir.
“Hazır eynək almısınızsa və bu məsafəni səhv salırsınızsa, təbii ki, narahatlıq yaranacaq, başınız fırlanmağa başlayacaq. Eynəyi düzgün seçmək və sonra mənfi nəticələrə səbəb olmamaq üçün təxminən yeddi fərqli testdən keçmək lazımdır. Hazır eynək almaq yanlışdır”,- deyə mütəxəssislər qeyd ediblər.
Oftalmoloq sonda vurğuladı ki, beləliklə, doğru olan odur ki, həkimə getməli, müayinədən keçməli və ondan bütün parametrlər nəzərə alınmış və göstərilən eynək üçün resept almalısınız.
Havar Şəfiyeva