Yeni aparılan araşdırmada tədqiqatçılar ağlamağın insan orqanizminə təsiri barədə araşdırma aparıblar.
Faktmedia.az xəbər verir ki, elmi işlərin nəticələri “Health” nəşrində dərc olunub.
Araşdırmaya görə, məsələn, ağlamağın faydası odur ki, stressi, fiziki gərginliyi aradan qaldırmağa kömək edir - bu amillər adətən pozğunluqdan qaynaqlanır.
“Bu tip ağlama fizioloji oyanmanın pik göstəricisindən sonra baş verir. Ağlamaq faydalıdır ki, bədən həyəcanlı vəziyyətdən sakit vəziyyətə qayıdacaq”,- deyə alimlər bildiriblər.
Mütəxəssislər qeyd ediblər ki, ancaq yanlış vaxt və yalnış yerdə ağlamaq, əksinə, vəziyyəti daha da pisləşdirəcək.
“Məsələn, iş yerində. Baş ağrıları, müxtəlif xırda xroniki xəstəliklərin olma ehtimalı artır. Söhbət təkcə duyğulardan deyil, həm də bədən üçün mənfi bir fiziki hərəkətdən gedir”,- deyə tibb elm adamları vurğulayıblar.
Onların sözlərinə görə, sevinc göz yaşları zərərli mikroorqanizmləri, bakteriyaları öldürən əla və təbii dezinfeksiyaedicidir.
“Ağlamaq bəzən cinsi hormonlarla əlaqələndirilir. Kişilər yüksək səviyyədə testosteron ilə daha az ağlayırlar - hormonun onlara inhibitor təsiri var”,- deyə tədqiqatın sonunda alimlər qeyd ediblər.
Rəna Həsənova