Gülüş təkcə yaxşı əhval-ruhiyyə deyil, həm də faydalıdır. Gülən insan onlarla əzələdən istifadə edir və bu, kalori yandırmağa kömək edir.
Faktmedia.az xəbər verir ki, Psixiatr Georgi Kostyuk gülüşün psixi və fiziki sağlamlıq üçün faydalarından danışıb.
“Biz gülən zaman prosesdə 80-ə qədər əzələ iştirak edir. Bir insan gün ərzində cəmi bir saat gülürsə, bu müddət ərzində o, 350 kalori istifadə edir",- deyə mütəxəssis qeyd edib.
Gülüş anlarında tənəffüs parametrləri dəyişir, beyində, tamamilə bütün orqan və toxumalarda oksigen mübadiləsi aktivləşir. Ağciyərlərdə tıxanıqlıq aradan qalxır.
Beynəlxalq elmi təşkilatlar tərəfindən aparılan çoxlu araşdırmalar görə, optimistlər yoluxucu xəstəliklərlə daha az xəstələnirlər, xəsarətlərdən daha tez sağalırlar və digər xəstəliklərə daha yüngül formada dözürlər.
Havar Şəfiyeva