Corciya Universitetinin amerikalı mütəxəssisləri statistik araşdırma təşkil edərək insanların əksəriyyətinin 122 ildən çox yaşaya biləcəyini müəyyən ediblər.
Faktmedia.az xəbər verir ki, alimlərin fikrincə, 2060-cı ilə qədər insanın ömrü 150 ilə qədər uzanacaq. Onlar dünyanın 19 inkişaf etmiş ölkəsində, o cümlədən Yaponiya, ABŞ, Avstraliya və digərlərində 50-100 yaş arası insanlar haqqında məlumatları təhlil edərək belə qənaətə gəliblər.
Alimlər bildiriblər ki, 1900-1950-ci illər arasında doğulmuş insanlar tarixdə görünməmiş bir ölüm gecikməsi yaşayırlar. Araşdırmaya görə bu qrup insanlar qocalığa çatdıqca, uzunömürlülük nisbətləri artır.
“Aparılan işlərin nəticələri təsdiqləyir ki, əgər insan ömrünün maksimum həddi varsa, deməli, biz hələ ona çatmamışıq”, - deyə ekspertlər bildiriblər.
Havar Şəfiyeva