Çin alimləri insanların sosial aktivliyi ilə orta ömür uzunluğu arasında birbaşa əlaqə olduğunu müəyyən ediblər.
Faktmedia.az xəbər verir ki, insan başqa insanlarla nə qədər tez-tez ünsiyyət qursa, bəzi ictimai işlərə nə qədər çox vaxt sərf etsə, bir o qədər çox yaşaya bilər.
Journal of Epidemiology & Community Health jurnalının məlumatına görə , Siçuan Universitetinin həkimləri sorğu vərəqi formatında araşdırma aparıblar. Təcrübədə 85-90 yaşlı 30 min çinli yaşlıların uzun ömürlərinin səbəbini öyrənmək üçün iştirak edib.
Sorğuya həm pis vərdişlər, qidalanma, irsi xəstəliklər və s. haqqında standart suallar, həm də son onilliklərdə yaşlı insanların sosial aktivliyi ilə bağlı sual daxil edilib. Nəticədə tez-tez ünsiyyətdə olan, ictimai fəaliyyətlə məşğul olan yaşlı insanların ömrü daha uzun olub.
Nəticələr təkcə insanların fiziki həyatının artmasına deyil, həm də beyin fəaliyyətinin də aktivliyinə aiddir. Ekspertlər qeyd edirlər ki, sağlam,aydın düşüncə və ömür uzunluğunun artırılması yalnız müntəzəm sosial fəaliyyətlə baş verir.
Havar Şəfiyeva