Sağlam və uzun ömür üçün sağlam qidalanmaq və idmanla məşğul olmaq vacibdir. Ancaq yeni araşdırmaya görə insanın hobbiləri də həyat keyfiyyətinə yaxşı təsir göstərir.
Faktmedia.az xəbər verir ki, nevroloqların fikrincə, sənət orta hesabla 10 il daha çox yaşamağa kömək edir. Gündəlik bədii təcrübə stressi azaltmağa, fiziki və zehni sağlamlığı yaxşılaşdırır.
Tədqiqatlar göstərib ki, musiqi və ya rəsm də daxil olmaqla istənilən sənət növünə 45 dəqiqə vaxt ayırmaq stress hormonu olan kortizolun səviyyəsini aşağı salır. Bu, həyat keyfiyyətinə müsbət təsir göstərir.
Bu baxımdan mütəxəssislər hər gün hər hansı bir sənətə təxminən 30-45 dəqiqə vaxt ayırmağı məsləhət görürlər.
Rəna Həsənova