Ankara Rusiyadan dünya bazarlarına taxıl və gübrələrin maneəsiz tədarükü üçün BMT ilə işləməkdə davam edir.
Faktmedia.az bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Diplomat xatırladıb ki, taxıl müqaviləsi yalnız 60 gün uzadılıb, çünki Rusiya ərzaq və gübrələrin tədarükü ilə bağlı müqavilələrin həyata keçirilməsini tələb edir. “Biz bununla bağlı BMT ilə işləyirik. Bildiyiniz kimi, gəmi sığortası, bank əməliyyatları, limanlarda gəmilərə xidmət sahələrində maneələr var”.
Çavuşoğlu qeyd edib ki, bu məsələdə əsas dövlətlər ABŞ və Böyük Britaniyadır. o, Türkiyə tərəfinin ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə taxıl sazişinin icrasını müzakirə etdiyini vurğulayıb.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Uimbldondan olan Lord Tariq Əhməd demişdi ki, taxıl müqaviləsi çərçivəsində Qara dəniz limanları vasitəsilə Ukrayna taxılının tədarükünə alternativ qurudan ərzaq ixracı olacaq. o xatırladıb ki, London Ukrayna dəmir yolu sistemini dəstəkləmək və qurudan ixracla taxıl daşınmasını asanlaşdırmaq üçün 10 milyon funt sterlinq ayırıb.
Havar Şəfiyeva